Abşeron rayon icra başçısı ilə görüşdə Siyanfər Əliyev ifşa olundu-Fotolar

Abşeron rayonu Masazır bələdiyyə sədri Siyanfər Əliyevin əməlləri haqda mediada dəfələrlə yazı dərc olunub. Bələdiyyə sədri haqqında cinayətkar qruplarla iş birliyindən tutmuş qanunsuz əməllərinə qədər müxtəlif iddialar səslənib. Bu iddialara rəsmi münasibət bildirilməsə də S.Əliyevin bir çox epizodlar üzrə hüquq mühafizə orqanlarında dindirilməsi ittihamların haqsız olmadığını göstərir. Bələdiyyə sədri haqda son iddia da öz təsdiqini tapmaqdadır.

Milletinsesi.az bildirir  ki,  bu günlərdə mətbuatda dərc etdilən  “Siyanfər Əliyev haqda şok dosye: prezidentə saymamazlıq hesabına qurulan imperiya” başlıqlı yazıda “Siyanfər Əliyevin ötən həftə hüquq mühafizə orqanlarına çağrılması və dindirilməsinin ilginc detalları…” cümləsi ilə anons verimişdi. Artıq bu məsələnin bütün təfərrüatları aydınlaşmaqdadır. Bu dəfə Siyanfər Əliyevin qanunsuz əməli geniş ictimaiyyət və dövlət rəsmiləri qarşısında ifşa olunub.

Məlumat üçün bildirək ki, ötən həftə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı xanım İradə Gülməmmədovanın növbəti səyyar-qəbul görüşü rayonun ən böyük yaşayış məntəqələrindən olan Masazır kəndində keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib. Abşeron RİH başçısının Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahlar Həsənov, Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyev və digər natiqlər hesabat xarakterli çıxış edərək son bir ildə gördükləri iş, həyata keçirilən abadlıq-quruculuq işləri haqqında məlumat veriblər.

Obyektivlik naminə bildirək ki, xanım icra başçısının mütəmadi keçirdiyi səyyar qəbullar rayon sakinləri tərəfindən razılıqla qarşılanır və bu görüşdə əsasən ümumrayon problemləri qaldırılır. Bu dəfə fərqli situasiya yaşanıb.

Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə icra başçısı qarşısında pafoslu hesabat verən bələdiyyə sədrinin üzünə törətdiyi əməl açıq şəkildə, özü də icra başçısının yanında deyilib.

Həmin şikayətin detallarından  bəlli olur ki,  Abşeron rayon sakini Həziyeva Xanımnaz Araz qızı Masazır kənd ərazisindən torpaq almış, 2011-ci ildə Masazır kənd bələdiyyə sədri Siyanfər Əliyevin 10.08.2011-ci il tarixli, 981 saylı Abşeron Rayon İcra Hakimiyyətinə ünvanladığı məktuba əsasən ona 30.11.2011 tarixli 2437 saylı sərəncamla fərdi yaşayış evinin tikilməsinə icazə üçün sərəncam verilmişdir. Bundan sonra vətandaş öz torpağında ikimərtəbəli fərdi yaşayış evi tikmişdir.

Amma üstündən illər keçdikdən sonra qəribə olay baş verib; Şikayətçi vətəndaşın  üzərində ikimərtəbəli evi olan torpağını Masazır bələdiyyə sədri başqa bir şəxsə 130 min manata satır. X.Həziyyevanın qanuni mülkiyyət hüquqlarını təsdiq edən sənədlər ortada olmasına baxmayaraq həmin mülkiyyətlə bağlı Əliyeva Kübra Şirin qızına aid yeni sənədlər tərtib edilır.

Qeyd edək ki, adı çəkilən qanunsuzluq haqqında  səyyar qəbulda icra başçısı qarşısında məsələ  qaldıran vətəndaş həm də hüquq mühafizə orqanlarına müraciət etmişdir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

Share: