Abşeronda boya zavodunda başlayan yanğın məhdudlaşdırıldı

Abşeronda boya zavodunda başlayan yanğın məhdudlaşdırıldı

“Havanın güclü küləkli olmasına və yanğının mürəkkəbliyinə baxmayaraq, Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin yüksək peşəkarlığı və yanğınsöndürənlərin fərdi şücaəti sayəsində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən boya istehsalı zavodundakı yanğın daha da genişlənərək digər obyektlərə keçməsinə imkan verilmədən məhdudlaşdırılıb”.

Milletinsesi.az  bu barədə FHN-in məlumatına istinadla xəbər verir.

Qeyd olunur ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.

 

 

Share: