Abşeronda elektrik qatarlarının hərəkəti dayandırılır

Azərbaycan Dəmir Yolları QSC Abşeron dairəvi dəmir yolu xətti üzrə elektrik qatarlarının hərəkətini dayandırır.

Bu barədə Milletinsesi.az-a qurumdan bildirilib.

Məlumata görə, Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, elektrik qatarları bu həftənin şənbə və bazar günləri hərəkətdə olmayacaq.

Xatırladaq ki, qərara əsasən, 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-a qədər Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılır.

 

Share: