Yaxın dəqiqələrdə Abşeron rayonunda həbslər olub.
Millətin Səsi.az Musavat.com-a istinadən xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində xüsusi əməliyyat keçiriblər.
Məlumata görə, əməliyyat zamanı idarənin rəisi, müavini və bir neçə əməkdaşı saxlanıb. Onları xüsusi avtomobillərə əyləşdirib aparıblar.
Əlavə məlumat verməyə çalışacağıq.