Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə rayonun Qobu qəsəbəsində qeydə alınıb.
Qardaşlar arasında düşən dava sonda 23 yaşlı Qənizadə Mehman Xələf oğlunun bıçaqlanması ilə bitib.
Təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılan yaralı həkim nəzarətinə götürülüb.
Müayinə zamanı onda qarının ön divarının bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub, reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır./report