Abşeron rayonunda quşçuluq fabrikinin ərazisində ümumi sahəsi 1600 m² olan sexin dam örtüyünün taxta atmaları 50 m² sahədə, içərisində avadanlıqlar və yerə səpələnmiş saman yanıb.
Fövqəladə Hallar Nazirliyindən Modern.az-a bildirilib ki, sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.