Abşeron rayonunda restoranda yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, rayonun Masazır qəsəbəsində ümumi sahəsi 100 m² olan birmərtəbəli restoranın mətbəxinin yanar konstruksiyaları və dam örtüyü 20 m² sahədə yanıb. Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.