“Burada bütün fikirlərinizi sərbəst şəkildə ifadə edə bilərsiniz. Sizi əmin edirəm ki, səsləndirdiyiniz hər bir müraciət və təklif Birlik rəhbərliyinə çatdırılacaq”.
Modern.az xəbər verir ki, xəbər verir ki, bu sözləri “Səyyar qəbul otağı”nda Lənkəran Regional qaz istismar İdarəsinin rəisi Namiq Məmmədov səsləndirib. Birliyin məsul şəxsləri tərəfindən mikrofon önünə keçən vətəndaşların müraciətləri dinlənilərək hər birinin probleminə həssaslıqla yanaşılıb.
Digah kəndindən müraciət edən vətəndaşlardan Dadaşov Seyidağa, Nəhmətov Elşad, Məhərrəmova Maisə və bir neçə başqa sakin kəndin genişlənən hissəsinə qazın verilişinin təmin olunmasını xahiş ediblər. Lənkəran şəhər sakinlərindən Ağayev Ələsgər, Quliyev Sabir, Əsədullayev Zaur, həmçinin Göyşaban kənd sakini Yadulla Kərimov və Tükəvilə kənd sakini Əliyev Şəmsəddin mənzillərindəki sonradan ödənişli (mexaniki tipli) qaz sağaclarının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz olunmasını istəyiblər.
Aksiyada Liman şəhəri, Osaküçə və Şiləvar kəndindən olan sakinlər isə məhəllə daxili qaz xətlərinin çəkilməsi, mövcud qaz kəmərinin böyük diametrli xətlə əvəz olunması və qaz sayğacının quraşdırılması ilə bağlı müraciət ediblər.
Aksiyada səsləndirilən müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün hər biri qeydiyyata alınıb.