Adil Əliyev kollektivə təqdim edildi

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Adil Abış oğlu Əliyev bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

Millətin Səsi.az xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb. A.Əliyev ona göstərilən etimada görə minnətdarlıq edib.

Share: