Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələrindən 4-ü Azərbaycan Standartlaşdırma İnstitutunda yay təcrübəsində olub.
Bu barədə Moderator.az-a ADNSU-dan məlumat verilib.
Bildirilib ki, təcrübə zamanı həmin tələbələr öyrəndikləri nəzəri bilikləri sınaqdan keçirməklə ixtisaslarının incəlikləri ilə daha yaxından tanış olmaq imkanı qazanıblar.
Müəssisədə tələbələrin təcrübə keçməsi üçün lazımi şərait yaradılıb.