ADY sədri həmkarları ilə ikitərəfli görüşlər keçirdi

29 sentyabr tarixində Qazaxıstanın Aktau şəhərində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Beynəlxalq Assosiasiyasına həsr olunmuş görüş çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov Türkiyə və Gürcüstanın dəmir yolu rəhbərləri ilə ikitərəfli görüşlər keçirib. 

 

Modern.az xəbər verir ki, görüşlər zamanı ölkələr arasında yük həcmlərinin əhəmiyyətli şəkildə artırılması, infrastrukturun sağlamlaşdırılması, eləcə də BTQ dəmir yolu üzrə modernizasiya işlərinin yekunlaşmasından sonra xəttin tam potensialından istifadə üzrə birgə tədbirlərin görülməsi barədə razılıq əldə edilib.

Mənbə

Share: