Aeroportda baltanma iddiası ilə bağlı RƏSMİ

Son günlər bəzi kütləvi informasiya vasitələrində guya ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun parklama ərazisində 1998-ci il təvəllüdlü Ağayev Nicat Fəxrəddin oğlunun qayınatası ilə mübahisəsi zamanı ağır xəsarət aldığı və qayınatasının ona bir neçə balta zərbəsi endirdiyi barədə xəbər yayılıb.

 

Heydər Əliyev Beynəlxalq Aeroportundan Modern.az-a verilən məlumata görə, baş verən hadisə həqiqəti əks etdirmir. Hava limanı ərazisində bu kimi insident qeydə alınmayıb.

 

“KİV-lərdən məlumatın yayılmasından öncə rəsmi qurumlardan dəqiqləşdirmələri xahiş olunur”, – məlumatda qeyd olunur.

Mənbə

Share: