“Aerosmith” vida turuna çıxacaq

“Aerosmith” vida turuna çıxacaq

50 ildən çoxdur fəaliyyət göstərən Amerikanın məşhur hard-rok qrupu “Aerosmith” vida turuna çıxacağını elan edib.

Qrupun rəsmi səhifəsində turun 2023-cü ilin sentyabrında Filadelfiyada başlayacağı qeyd olunub.

Qrupun 39 şəhəri ziyarət edəcəyi tur çərçivəsində onlara Amerikanın “The black crows” rok qrupu da qoşulacaq. “Aerosmith” bunun komandanın tarixində ən yaxşı şou olacağını da bildirib.

Mənbə

Share: