AFFA fikrini dəyişdi – Çempionatda 14 komanda mübarizə aparacaq

Azərbaycanda ilk dəfə keçiriləcək II Liqanın iştirakçılarının sayı dəyişdiriləcək.

 

Federasiyadan verilən məlumata görə, yarışa qatılacaq komandaların sayı 12-dən 14-ə çatdırılacaq.

 

Bununla bağlı İcraiyyə Komitəsi (İK) qərar verəcək və onun növbəti toplantısı qarşıdakı günlərdə baş tutacaq.

 

Dəyişikliyə səbəb AFFA-ya çoxsaylı müraciətlərin daxil olmasıdır.

 

Ötən mövsüm Region Liqasının finalında oynamış “Çinar” (Zəngilan), həmçinin “Göyəzən” kimi region komandaları II Liqada mübarizə aparmaq istədiklərini bildirib. /Sportinfo.az/

 

Mənbə

Share: