
Bu gün Gəncədə AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Bununla bağlı AFFA məlumat yayıb.
Bildirilib ki, iclasda bəzi qərarlar qəbul olunub. Belə ki, AFFA-nın növbəti Hesabat-Seçki Konfransının vaxtı müəyyənləşib. Konfrans aprelin 2-nə təyin edilib.
Bundan başqa, müvafiq müraciətə əsasən, adları aşağıda göstərilmiş futbol veteranlarına AFFA-nın təqaüdü veriləcək:
– İsmayıl Əliyev
– Esmiralda Ələkbərova (həkim)
– Gəray Qarayev
– İqor Ponomaryov
– Vaqif Sadıqov
– Maşallah Əhmədov.
Qeyd edək ki, “Kəpəz” Futbol Akademiyasının tikintisilə bağlı İcraiyyə Komitəsinə hesabat təqdim edilib.
İclasın sonunda AFFA-nın prezidenti Rövnəq Abdullayev öz istəyi ilə aprelin 2-də keçiriləcək Hesabat-Seçki konfransında namizədliyini irəli sürməyəcəyini bildirib.
14:30
Rövnəq Abdullayev AFFA-nın prezidenti postuna namizədliyini irəli sürməyəcək.
Moderator.az xəbər verir ki, bu barədə o, Gəncə Futbol Akademiyasının açılış mərasimdə deyib.
Qeyd edək ki, R.Abdullayev 2008-ci ildən AFFA-nın rəhbəridir.