Afrika ölkəsində hərbi çevrilişə cəhd edildi

 

Nigerin dövlət başçısı Məhəmməd Bazum Prezident Qvardiyası tərəfindən saxlanılıb.

Milletinsesi.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Prezidentin ofisi hadisəni hərbi çevriliş adlandırıb və Niger ordusunun qiyama dəstək vermədiyini bildirib.

AFP-nin məlumatına görə, Prezident Qvardiyası dövlət başçısının iqamətgahına girişi bağlayıb və danışıqlardan sonra Bazumu buraxmaqdan imtina edib. Agentliyin mənbəsinin sözlərinə görə, ordu ultimatum verib.

Mənbələr “Jeune Afrique” nəşrinə bildiriblər ki, son vaxtlar Bazum Prezident Qvardiyasının komandiri, general Omar Tçianini vəzifəsindən azad etməyi düşünürdü. Prezident aparatından bildirilib ki, Bazum və ailəsi yaxşı vəziyyətdədir.

Qeyd edək ki, Məhəmməd Bazum 2021-ci ildə prezident seçilib. Əvvəlki prezident dövründə daxili işlər naziri və xarici xşlər naziri vəzifələrində çalışıb. Niger Afrikada ən çox hərbi çevriliş edilən ölkələrdən biridir.

Mənbə

Share: