Afrika ölkəsində terror aktı – Ölənlər var

 

Mərkəzi Afrika regionunda yerləşən Konqo Demokratik Respublikasında terror aktı törədilib.

Milletinsesi.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Uqanda ilə sərhədə yaxın protestant kilsələrindən birində baş verib.

Kilsənin partladılması nəticəsində 5 nəfər həyatını itirib. 15 nəfər isə müxtəlif xəsarətlər alıb.

Hazırda hadisənin səbəbləri araşdırılır.

Mənbə

Share: