“Ağ adamlar” “qara qitə”dən əl çəkmir – ona görə də hərbi çevrilişlər sona yetmir

 

Ötən əsein 60-70-ci illərində Qərbi Afrika ölkələri öz metroliyalarıından (əsasən İngiltərə və Fransadan) müstəqillik əldə etdiklərindən bu günə qədər nə demokratiyaya keçid edə bilirlər, nə də birdəfəlik monarxiya rejimi bərqərar edirlər. Vaxtaşırı hansısa ölkədə hərbi çevrilişlər, qiyamlar, üsyanlar baş verir: hakimiyyətə ya hərçilər gəlir, ya da siyasilərlə hərbçilər birləşib xunta rejimi yaradırlar.

Milletinsesi.az xəbər verir ki, bu ölkələrdə baş verən ardıcıl hərbi çevrilişlər bir qayda olaraq hansısa böyük dövlətin ölkə daxilinə barmaq uzatmasıyla, qiyamçılara həerbi0siyasi dəstək verməsiylə müşayiət olunur. Son illər ənənəvi araqarışdıranların (ABŞ, Fransa, Rusiya) sırasına biri də can atır. Bu dövlət Çindir. Bu cür qeyri-kontinental aktorların hakimiyyət mübarizəsi regional böhranı və qeyri-sabitliyi daha da dərinləşdirir.
Afrika ölkələrindəki qiyam və üsyanların əsas səbəbi kasıbçılıqdır. Bu ölkələrdə yüksək rifah və komfort içində yaşamağın, varlanmağın yolu hakimiyyətdə, daha yüksək vəzifələrdə təmsil olunmaqdan keçir.

Bir müddət əvvəl hansısa yolla hakimiyyəti götürmüş zümrə bir neçə ildən sonra harınlayır, yerdə qalanlar isə ac-ac oturub onlara baxır, nəhayət, əmin olurlar ki, ölkənin maddi sərvətlərini düzgüm bölünmür, hakim zümrə tərəfindən mənimsənilir, o zaman narazılar ayağa qalxır. Güzəranının yaxşı olmasını istəyən kütlələr hərbi qiyam yolu ilə hakimiyyəti dəyişmək istəyənlərə dəstək verir.

Heç bir varlı ölkədə hərbi çevrilşi bu cür asanlıqla həyata keçirmək mümkün deyil. Varlı ölkələrin rifah içində yaşayan cəmiyyəti mütləq vəziyyətin pisləşəcəyini düşünərək qeyri-konstitusion yolla hakimiyyəti götürmək istəyən silahlı adamlara müqavimət göstərəcək, ən azı itaətsizlik edəcək.

İqtisadi böhranlar, siyasi qeyri-sabitlik olan, terror təşkilatlarının silah oynatdığı Afrika ölkələrində isə dövlətçiliyi və sabitliyi düşünən qüvvələr kütləvi deyil. Əksəriyyət kasıbdır və heç bir çevriliş onların durumunu budan da betər edə bilməz – belə düşünürlər.

1887459_1_AP23207860131253_big.jpg (229 KB)

Bu günlərdə Nigerdə baş verən hərbi çevriliş 2020-ci ildən bəri Mali, Çad, Qvineya və Burkina Fasoda həyata keçirilən hərbi çevrilişlərin son ünvanı, çevrilişlər zəncirinin yeni halqasıdır. Oyulun 26-da devrilən, daha dəqiqi, iqamətgahında dustaq edilən prezident Məhəmməd Bazum 2021-ci ildə keçirilən seçkilərdə qalib gəlmiş, dövlət başçısı postuna oturmuşdu. Onu devirənlər isə özlərini “Vətənin xilas üzrə milli şura (CNSP)” adlandıran bir qrup hərbçilərdir. Onların başçısı isə Bazum tərəfindən vəzifədən götürülməsi nəzərdə tutulan general Ömər Tçianidir. Tçiani prezidenti mühafizə alayının komandiridir.

Hərbi çevriliş törədənlərin özlərini mütləq “xilaskar” elan etmələri ənənəsi yüz illərdir ki, dəyişmir. Bütün qiyamçılar mütləq “xilaskar” olmalıdırlar, başqa cür alınmır, yoxsa millət batıb gedir.

2023-07-27t162045z_1944148125_rc2nb2adz0cu_rtrmadp_3_niger-security.jpg (59 KB)

Hazırda bir Niger deyil, Qərbi Afrika regionunun 15 ölkəsində daxili vəziyyət qeyri-stabildir, terror təşkilatları “Əl-Qaidə” və İŞİD-ə bağlı qruplar Yaxın Şərqdə məğlub edilib qovulduqdan sonra bu ölkələrə səpələniblər və ortaq sərhəd xətlərində yüzlərlə insanın lümünə səbəb olan hücumlar həyata keçirirlər. Başda Nigeriya, Niger, Mali və Burkina Faso olmaqla, regionda törədilən terror aktlarının artması səbəbindən bu ilin yanvar-iyun ayları arasında 4600-ə yaxın adam ölüb.

Ən pisi odur ki, bu ölkələrin siyasi rəhbərliyi ortaya milli iradə qoymurlar, ya da qoya bilmirlər, keçmişdə müstəmləkəçi güclərin əlində marionetkaya çevrilirlər. Hazırda böyük güclərin rəqabət mərkəzinə çevrilən Afrika qitəsi böyük dövlətlərin, xüsusilə də Rusiya, Fransa və ABŞ-ın mübarizəsinə səhnə olmaqda davam edir. Fransa keçmiş müstəmləkələrində hökmranlığını qorumağa çalışır, ABŞ digər ölkələrin Afrikada mpvcudlunun artmasından narahat olur, Rusiya hərbi əlaqələri ilə qitədəki hökmranlığını daha da dərinləşdirməyə çalışır.

ssha-brosayut-perchatku-rossii-i-kitayu-poka-tolko-v-afrike-i-na-blizhnem-vostoke-1-1.jpg (43 KB)

Birinci və ikincidən fərqli olaraq Rusiyanın Afrikada müstəmləkələri olmayıb, afrikalılar rus zülmü görməyiblər, əksinə, bu ölkələrdən çıxan minlərlə tələbə Rusiyada (keçmiş SSRİ-də) təhsil alıb, Rusiya vaxtilə bu ölkələrdə fabrik-zavod, məktəb-xəstəxana açıb, ona görə də Afrika ölkələrinin Rusiyaya münasibəti bir qədər başqadır. Bu günlərdə Sankt-Peterburqda keçirilən “Rusiya-Afrika” forumunda bu faktlar təkrar-təkrar dilə gətirilib və Qəmər adalarının, Keniyanın, Sneqalın, Burkino-Fasonun liderləri Rusiyaya tərif yağdırıblar.

Maraqlıdır ki, Niger prezidentini devirən üsyankar hərbçilərin yüzlərlə tərəfdarı toplaşaraq Fransanı və Qərbi qınayıb, Rusiyaya isə rəğbət bildiriblər.

111 (42).jpg (162 KB)

Rusiya bu ölkələrdə xammal ehtiyatları, enerji istehsalı və infrastruktur layihələrində üstünlük təşkil etməyə çalışır, Afrikanın ümumi silah idxalının 35 faizini qarşılayır.

Fransa keçmiş müstəmləkələrində təsirini saxlamağa çalışsa da, Rusiya “Vaqner”, “Patriot”, “Sewa Security Service” və “RSB” kimi təhlükəsizlik şirkətləri ilə təsirini artırmağa çalışır.

“Vaqner” özəl hərbi şirkəti hazırda Mərkəzi Afrika Respublikası, Mali, Sudan, Mozambik və Madaqaskarda mövcuddur və təbiəti mühafizə fəaliyyəti ilə məşğuldur.

Rusiya və Çinin Afrika qitəsi ilə hərbi, iqtisadi və diplomatik əlaqələrinin yaxşılaşdığı bir vaxtda ABŞ da sakit oturmur. Bu dövlət keçən il Vaşinqtonda 50-yə yaxın Afrika liderini qəbul edib.

555444.JPG (59 KB)

Qitədə ən çox hərbi bazaya malik ölkələrdən biri olan ABŞ-ın Keniya, Niger, Burkina Faso, Kamerun, Mərkəzi Afrika Respublikası (MAR), Cibuti, Çad, Somali, Konqo və digər ölkələrdə daimi və müvəqqəti hərbi bazaları var. Afrikadakı hərbi mövcudluğunu 2007-ci ildə quran ABŞ-ın Afrikadakı 54 ölkədən 50-də hərbi personalı var.

“Soyuq müharibə” dövründən Afrika ölkələri ilə əlaqələrini inkişaf etdirən Çin hazırda bu regionla iqtisadi əlaqələrini dərinləşdirir. Enerji təhlükəsizliyi üçün region ölkələri ilə əməkdaşlıq edən və istehsal etdiyi məhsullar üçün Afrikada bazar yaratmağı hədəfləyən Çin Afrika ölkələrində təhlükəsizliklə bağlı problemlərdən uzaq bir siyasət həyata keçirir.

ABŞ-dan sonra Afrikada ən çox hərbi bazaya malik ölkə Fransadır. Fransanın Cibuti, Çad, Qabon, Fil Dişi Sahili, Niger və Seneqalda hərbi bazaları var.

frenc.jpg (84 KB)

Böyük Britaniyanın Keniyada, Almaniyanın isə Nigerdə hərbi bazaları var. İtaliya, Yaponiya, Çin və Səudiyyə Ərəbistanının Cibutidə, Birləşmiş Ərəb Əmirliklərinin isə Somalidə hərbi bastionları var. Hindistan da Seyşel adalarında hərbi baza saxlayır.

Bir sözlə, “qara qitə” başdan-başa “ağ adamlar”ın təşkil etdiyi hərbi bazalarla təpili-tıxılıdır.

Rusiyanın hələlik bu qitədə hərbi bazası olmasa da, 6 ölkədə baza qurmağı planlaşdırdığı iddia edilir. Bunun üçün artıq dayaq var, rusiyalı hərbçilər 5 Afrika ölkəsində mövcuddurlar, qalır onlara status və əlahiddə məkan almaq. /Musavat.com/

 

Share: