
“ABŞ tarixində impiçmentlər üzrə araşdırmaları indiki prosedurla müqayisə etmək almanın fillərlə müqayisə edilməsinə bənzəyir…”
“ABŞ prezidenti ailəsində korrupsiya mədəniyyəti var…”
KİV-lərin məlumatına görə, Bayden komandası vaxtilə barəsində impiçment elan etməyə cəhd göstərilən Klintonun təcrübəsini öyrənir
Ağ evdə ABŞ Respublikaçılar Partiyasının ABŞ prezidenti Co Baydenə qarşı ehtimal edilən impiçmenti proseduruna başlamaq cəhdinə “aqressiv cavab” üçün qanunvericilərin ictimaiyyətlə əlaqələr üzrə köməkçiləri və əməkdları sırasından 20 nəfər hüquqşünasdan ibarət qərargah yaradılıb.
Moderator.az xəbər verir ki, bu barədə Bayden administrasiyasında həmsöhbəinə istinadən NBC kanalı məlumat verib.
Ağ evin planlarından xəbərdar olan səkkiz nəfər kanala danışıb ki, bu addımlar bir neçə ay ərzində ABŞ Nümayəndələr Palatasında respublikaçıların rəhbərliyi altında aparılan araşdırmaya cavab olaraq hazırlanıb.
Baydenin köməkçiləri və müttəfiqləri deyir ki, “impiçment araşdırmasına müqavimət göstərilməsinə və onu Respublikaçılar Partiyasının xaosa meylliliyini nümayiş etdirən sübutsuz partiya uydurması kimi təqdim etməyə hazırlıq görülür”, – materialda deyilir.
NBC-nin Ağ evdəki həmsöhbətlərindən birinin deməsinə görə, ABŞ-da impiçmentlər üzrə əvvəlki araşdırmaları bununla müqayisə etmək olmaz, onun sözlərinə görə, bu, “almanın fillərlə” müqayisəsinə bənzəyir.
“Müasir tarixdə impiçment heç vaxt hər hansı sübutlatın olmamasına əsaslanmayıb”, – o, vurğulayıb.
Nümayəndələr Palatasında respublikaçılar bəyan edib ki, öz araşdırmasında diqqəti Baydenin oğlu Hanterin xarici işğüzar səfərlərinə yönəldəcək.
Onlar həmçinin Baydenin özünün vitse-prezident olduğu dönəmdə oğlunun varlanması üçün korrupsiya ilə məşğul olduğu barədə təsdiq edilməyən ittihamları araşdırmaq niyyətindədir.
NBC vurğulayır ki, hətta Respublikaçılar Partiyasında bəyan edilib ki, Baydenin qeyri-qanuni hətəkətlərinin sübutları yoxdur.
Lakin Nümayəndələr Palatasının spikeri, respublikaçı Kevin Makkartni avqustun 27-də “Foxs News” nəşrinə müsahibəsində iddia edib ki, ABŞ prezidenti ailəsində “korrupsiya mədəniyyəti” var.
Kontekst:
ABŞ-da impiçment proseduru üç prezident-Endryu Conson, Bill Klinton və Donald Trampa qarşı aparılıb.
NBC-nin məlumatına görə, Bayden komandası 1998-ci ildə barəsində impiçment elan etməyə cəhd edilən Klintonun təcrübəsi öyrənilir.
2017-2021-ci illərdə ABŞ prezidenti postunu tutan Donald Tramp iki dəfə impiçment proseduruna məruz qalan yeganə ABŞ prezidentidir.
Birinci dəfə bu, Ukrayna prezidentinə ABŞ-ın indiki prezidenti Co Baydenin oğlunun fəaliyyətinin araşdırılması işi ilə bağlı ehtimal edilən təzyiqlə əlaqədar olub.
İkinci dəfə 2021-ci il yanvarın 6-da Trampın tərəfdarlarının Kapitoliyə hücumla bağlı olub.
Hər iki dəfə Nümayəndələr Palatası ona impiçment elan edib, lakin Senat ona haqq qazandırıb.
Həm Tramp, həm də Bayden yenidən prezidentliyə öz namizədliklərini irəli sürmək niyyətində olduqlarını elan edib.
NBC vurğulayır ki, impiçment araşdırması fonunda həm Klinton, həm də Trampın reytinqləri yüksəlib.