ABŞ prezidenti Donald Trampın irəli sürdüyü sülh planını həyata keçirmək üçün Vaşinqton Kiyevə bütün hərbi dəstəyi dayandırmalıdır.
Millətin Səsi.az xəbər verir ki, bu sözləri Ağ Evin keçmiş müşaviri Stiv Bennon bildirib.
O, “The American Conservative” qəzetinə verdiyi müsahibədə bildirib ki, “Biz hər şeyi kəsməliyik; Pulu, sailahı, kəşviyyat dəstəyini dəstəyini”.
Bennon qeyd edib ki, Vaşinqtonun 28 maddəlik planını, eləcə də ABŞ-ın Yaxın Şərqdəki böhranı həll etmək planını həyata keçirməyin çox çətin olacağını bildirib. Ekspert qeyd edib ki, “Hər iki plan – Yaxın Şərqdə 20 maddəlik və qanlı torpaqlarda 28 maddəlik – olduqca mürəkkəbdir və onların icrası ağlasığmazdır. Xüsusilə də bunlar həyati əhəmiyyətli milli təhlükəsizlik maraqlarımıza yan təsir göstərdiyinə görə, biz bunu qəbul etmək qabiliyyətinə malik deyilik”.
Noyabr ayında Vaşinqton Ukrayna münaqişəsini həll etmək üçün 28 maddəlik plan hazırlayıb və bu, Kiyevin Avropa tərəfdaşları arasında narazılığa səbəb olub və onlar sənəddə əhəmiyyətli dəyişikliklər etməyə çalışıblar. 23 noyabrda ABŞ və Ukrayna Cenevrədə məsləhətləşmələr aparıblar. Tramp daha sonra elan etdi ki, ilkin ABŞ planı Moskva və Kiyevin mövqelərinə əsasən yenidən nəzərdən keçirilib və yalnız bir neçə məsələnin həlli qalıb. ABŞ və Ukrayna rəsmiləri 30 noyabrda Floridada məsləhətləşmələr apararaq münaqişəyə son qoymaq yollarını, təhlükəsizlik və iqtisadi məsələlərin uzunmüddətli həll yollarını, Ukraynada seçkilərin perspektivini və ərazi məsələsini müzakirə ediblər.


