15 sentyabrda “Azercell” MMC-nin əməkdaşları Zəngilan rayonunun Ağalı kəndində azyaşlı sakinləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib
Modern.az xəbər verir ki, “Azercell”in Ağalı kəndində fəaliyyət göstərən rəsmi satış və servis mərkəzinin qarşısında həyata keçirilən tədbirdə təhsilə marağın daha da artırılması üçün şirkət tərəfindən şagirdlərə məktəb ləvazimatları təqdim edilib.
“Azercell könüllüləri”nin təşəbbüsü ilə məktəb yaşına qədər uşaqlara da müxtəlif hədiyyələr verilib.
Həmçinin, bütün tədbir iştirakçılarına internet paketləri hədiyyə olunub.
Tədbir çərçivəsində uşaqlar üçün musiqili əyləncə proqramı və müsabiqələr də keçirilib.
Xatırladaq ki, “ağıllı kənd” konsepsiyası ilə tikilən Ağalı kəndində 2022-ci ilin iyunundan etibarən, Şuşa şəhərində isə ötən ilin avqust ayından bəri “Azercell Telekom” MMC-nin rəsmi satış və xidmət məntəqəsi fəaliyyət göstərir. Yüksək standartlara uyğun müştəri xidmətləri üçün bütün şərait və ən müasir avadanlıqlarla təmin olunmuş məntəqələrdə əksər abunəçi əməliyyatları icra olunur.
“Azercell Telecom” MMC işğaldan azad edilmiş ərazilərdə mobil telekommunikasiya infraskturunu quran ilk operatordur. Bu əraziləri keyfiyyətli şəbəkə ilə əhatə etmək, doğma torpaqlara qayıdan vətəndaşların həyatını mobil bağlantı vasitəsilə daha rahat və çevik etmək üçün bu günə kimi “Azercell” Qarabağ və ətraf rayonlarda 100-dən çox baza stansiyası quraşdırıb və bu istiqamətdə işləri davam etdirir.