Ağalıda qəbul imtahanı KEÇİRİLMƏYƏCƏK

Ağalıda qəbul imtahanı KEÇİRİLMƏYƏCƏK

Zəngilan rayonu Ağalı kəndindəki orta məktəbdə qəbul imtahanı keçirilməyəcək.

 

Modern.az-ın məlumatına görə, bunu bu gün Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması və buraxılış imtahanlarına həsr olunmuş mətbuat konfransında deyib.

 

O qeyd edib ki, qəbul imtahanları müəyyən mərkəzlərdə təyin olunur.

 

“3 abituriyent üçün orada qəbul imtahanı keçirilməyəcək”,- deyə M.Abbaszadə əlavə edib

Mənbə

Share: