Ağcabədi rayonunun Hindarx qəsəbəsində fərdi yaşayış evində yanğın baş verib.
Millətin Səsi.az Trend-ə istinadən xəbər verir ki, əraziyə FHN-nin Ağdam və Ağcabədi rayonlarının yanğından mühafizə bölməsinin maşını və əməkdaşları və FHN- Qarabağ Regional Mərkəzinin xilasediciləri cəlb olunub.
Hadisə baş verən evdə 3 nəfər yanaraq ölüb.
Bunlar 1990-cı il təvəllüdlü Miri Firdovsi oğlu Kərimov, 10 aylıq oğlu Pünhan Miri oğlu Kərimov və 1994-cü il təvəllüdlü Halə İsa qızı Kərimovadır. Həlak olanlar bir ailənin üzvləridir. Miri Kərimov Post Patrul Xidmətinin komandiridir.
Yanğın söndürülüb.