Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək

Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək

13-17 aprel tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Bu barədə Millətin Səsi.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – məlumatda deyilib.

Share: