Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) işğaldan azad olunan ərazilərimizdə yerli strukturlarının formalaşdırılmasını davam etdirir.
Milletinsesi.az nazirliyin saytına istinadla xəbər verir ki, Ağdam rayonunun Qızıl Kəngərli kəndində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölməsi fəaliyyətə başlayıb. Bölmə xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqla təchiz edilib.
Xatırladaq ki, bundan əvvəl FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər şəhərlərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli strukturları fəaliyyətə başlayıb.