“Tezliklə Ağdam və Füzulidə iki mərkəzi xəstəxanın tikintisinə başlanılacaq”.
Modern.az-ın xəbərinə görə, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Prezident İlham Əliyevin rəhbərliyi ilə post-konfilikt quruculuğu modeli” mövzusunda keçirilən qələbənin ikinci ildönümü – Zəfər Gününə həsr olunmuş konfransda deyib.
Onun sözlərinə görə, yaxın vaxtlarda İmarət Kompelksində də bərpa işlərinə başlanılacaq: “Azərbaycan bu gün regionun lider ölkələrindən biridir. Prezident İlham Əliyevin prinsipial mövqeyi tarixi qələbəmizi şərtləndirən başlıca amil olub. Prezident azad edilən əraziləri addım-addım gəzir, vu ərazilərin bərpa olunmasına çalışır”.