Agentlik texnoparkına rezident qəbulu elan edib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi texnoparkına rezident qəbulu elan edib.

 

Bu barədə Modern.az nazirliyə istinadən xəbər verir.

 

Xatırladaq ki, texnoparkların rezidentlərinə 10 il müddətinə bir sıra vergi güzəştləri tətbiq olunur. Texnoparkların İKT sahəsində çalışan işçilərinə isə gəlir vergisi məsələsində güzəştlər təqdim edilir. Belə ki, onlar 2026-cı ilə qədər gəlirinin yalnız 8 min manatdan artıq hissəsinin 5 %-i, 2026-cı ildən sonra 7 il müddətinə isə gəlirinin 5%-i qədər vergi ödəyəcək.

 

Rezident olmaq istəyənlər doldurulmuş ərizə formasını və digər sənədləri [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Mənbə

Share: