Ağır qəzada xəsarət alanların kimliyi bəlli oldu

Ağır qəzada xəsarət alanların kimliyi bəlli oldu

Biləsuvar rayonunda ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

 

Modern.az-ın məlumatına görə, bunlar Yardımlı rayon sakinləri – 1961-ci il təvəllüdlü Veysəl Xəlilov, 1977-ci il təvəllüdlü Nazim İmanov, 1956-cı il təvəllüdlü Səmədxan Abdullayev, Biləsuvar rayon sakinləri – 1996-cı il təvəllüdlü Amina Mehralıyeva, 2017-ci il təvəllüdlü İbrahim Əliyev və Sabirabad rayon sakini, 1947-ci il təvəllüdlü Sərədxan Əliyevdir.

 

Qeyd edək ki, hadisə köhnə Ələt – Astara yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, yük avtomobili “Ford” markalı sərnişin mikroavtobusu ilə toqquşub.

 

Faktla bağlı araşdırma aparılır.

(Report)

Mənbə

Share: