Ağır xəstə olan Kəlbəcər ziyalısı Vəliyəddin İsmayılovun oğlu İlham Əliyevə təşəkkürünü bildirdi…

Ağır xəstə olan Kəlbəcər ziyalısı Vəliyəddin İsmayılovun oğlu İlham Əliyevə təşəkkürünü bildirdi…

AZƏRBAYCAN RESPUBLİASININ PREZİDENTİ

ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ

 

MİSİRZADƏ İLQAR VƏLİYƏDDİN OĞLU TƏRƏFİNDƏN

 

T Ə Ş Ə K K Ü R N A M Ə

 

Möhtərəm Prezident!

 

Tarixi bir ilin başlanğıcında hər bir azərbaycanlının qürur hissi keçirdiyi bir günə

şahidlik etdik. 07.02.2024-cü il tarixində Azərbaycanda növbədənkənar prezident

seçkiləri keçirildi. Azərbaycan xalqı dünyanın “demokratiya carçıları”na demokratiya

dərsi verdi. Siz “Dəmir yumruq”la bütövləşən Azərbaycanın tarixi torpağı – Xankəndi

şəhərində səsvermədə iştirak etməklə sözünüzü və haqqımızı dünyaya bir daha bəyan

etdiniz. Mən Sizi bu tarixi uğur və yenidən böyük səs çoxluğu ilə Azərbaycan

Respublikasının prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizin

imzanızla Azərbaycanımızın növbəti uğurlarına və xoşbəxt gələcəyinə tamlıqla əminik.

Qarşıdan Novruz bayramı gəlir. Xalqımızın bu milli bayramı, qoy yeni-yeni uğurlar

gətirsin. Siz hər Novruz təbrikini Azərbaycanımızın dilbər guşələrindən edəsiniz, necə ki,

bu Novruz tonqalını Xankəndi şəhərində qaladınız və xalqımızı təbrik etdiniz. Xalqımıza

bu sevinci yaşatdığınız üçün təşəkkür edirəm. Novruz bayramınız mübarək olsun!

 

Cənab Prezident!

Çox istərdim ki, bu ürək sözlərini Sizə respublikamızın ictimai-siyasi, ədəbi-mədəni

mühitində fəal iştirak edən, ulu öndər Heydər Əliyevin ideyalarını böyük məhəbbətlə,

şövqlə təbliğ edən, Sizin tərəfinizdən ulu öndər Heydər Əliyevin 100 illik yubiley medalı

ilə təltif olunan atam İsmayılov Vəliyəddin Misir oğlu hər zaman olduğu kimi şəxsən

qələmə alaydı. Əfsuslar olsun ki, 02.01.2024-cü il tarixində səhhətində qəfil yaranan

problem (sag tərəfli beyin insultu) nəticəsində atam nitq və yazı qabiliyyətini itirdi və

mən Sizə ailəmiz adından ürək sözlərimizi və təşəkkürümüzü bildirməyi özümə mənəvi borc

bildim.

 

Cənab Prezident!

 

Bu medal atamın 80 illik ömrünün 55 ilini dövlətinə, xalqına vicdanla xidmətinin

əvəzsiz hədiyyəsidir. Bu sevinci və qürur hissini atama və bizlərə yaşatdığınız üçün sizə

sonsuz təşəkkürlərimizi bildirirəm.

Nəzərinizə çatdırım ki, atam gənc yaşlarından məhz Heydər Əliyevin təyinatı ilə

Kəlbəcər rayonu Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsinə təyin olunmuşdur. H.Əliyevin

verdiyi tövsiyələr və nəsihətlər onun həyat yoluna daim işıq olmuşdur. Və o, bizi də bu

ruhda böyütmüşdür. Mən böyük qürur hissi ilə qeyd edirəm ki, ulu öndər Heydər Əliyev

ikinci dəfə hakimiyyətə gəldikdən sonra atam 1998-ci ildə ona sadiq bir insan olaraq

“Qarabağ və digər işğal olunmuş rayonların seçicilərinin ilk təşəbbüs qrupu”nu yaratdı və

Heydər Əliyevin prezidentliyə namizədliyini yurdunu-yuvasını itirmiş, lakin ümidini

itirməmiş insanlar irəli sürdü. Atam, beləliklə H.Əliyev Mərkəzi Seçki Qərargahının üzvü

və Mərkəzi Seçki Komissiyası tərəfindən prezidentliyə namizəd Heydər Əlirza oğlu

Əliyevin səlahiyyətli nümayəndəsi seçildi, 1 nömrəli Şəhadətnamə ona təqdim olundu.

 

Cənab Prezident!

 

Bu, çox qürurvericidir ki, ulu öndər Heydər Əliyev siyasi məktəbinin yetirmələri

məhz onun adını daşıyan orden və medalla təltif olunurlar. Mən Sizə bir daha ailəmiz

adından, şəxsən atam İsmayılov Vəliyəddin Misir oğlu tərəfindən dərin təşəkkürümü

bildirirəm. Azərbaycanımız ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti, ideyaları və

Sizin əzmkar dəyanətiniz, düzgün siyasi straterigiyanızla Qafqaza əbədi sülh gətirəcəkdir.

Allah tutduğunuz bu müqəddəs yolda yardımçınız olsun! Rəbbim Sizi və ailənizi

qorusun!

 

Dərin hörmət və ehtiramla Kəlbəcər Ağsaqqallar Şurasının sədri

İsmayılov Vəliyəddin Misir oğlu adından

 

Misirzadə İlqar Vəliyəddin oğlu,

 

Azərbaycan Respublikası Prezidenti

yanında Dövlət İdarəçilik

Akademiyasının Syasi İdarəetmə

fakültəsinin müdavimi,

“Azərsu”Açıq Səhmdar Cəmiyyətinin

əməkdaşı.

 

 

Mənbə

Share: