Məşhur həkim Devid Aqus sağlam, uzun və ağrısız həyat yaşamaq üçün qaydalar hazırlayıb.
Axar.az Silikon Vadisinin ən çox qazanan həkiminin hər kəsə tövsiyə etdiyi qaydaları təqdim edir:
1. Kofein
Birincisi, kofeini qəhvə dənələri və çay yarpaqları kimi təbii məhsullardan əldə etmək lazımdır. İkincisi, gündə bir-iki dəfədən daha çox qəhvə və ya çay içməyə dəyməz. Buna baxmayaraq, belə stimulyatordan tam imtina daha çox ziyan vurur, nəinki xeyir gətirir. Aqus əmindir ki, kiçik dozalarda kofein əsəb sistemi üçün çox faydalıdır.
2. Gülümsəyin
Təbəssüm özlüyündə orqanizmin serotonin və endorfin hormonları ifraz etməyə məcbur edir, bu hormonlar stress zamanı beyin üçün ən yaxşı ağrıkəsicilərdir.
3. Bədəni idmanla çox yükləməyin
İdman zalında yorucu məşqlərlə özünüzü çox yormayın. Gündə 15 dəqiqəlik fitnes möhkəm can sağlığının əsas şərtidir. Bu, nəbzi onun adət edilmiş ritmindən təxminən 50% qaldırır. Ofisdə yuxarı mərtəbələrə pilləkənlə qalxmaq ən yaxşı təlimdir.
4. Daimi nəzarət
Nəbz, təzyiq və gündəlik fəallığa nəzarət edin.
5. Balıq günləri
Heç olmasa həftədə 2 dəfə balıq yeməklərinə üstünlük vermək lazımdır. Ürək və beyini gücləndirmək istəyirsinizsə, forel və ya qızıl balıq seçin.
6. Şərab
Şam yeməyində bir qədəh qırmızı şərab için. Bu, ürək və damar xəstəliklərinin profilaktikası üçün yaxşıdır.
7. Balıq yağı
Maqnezium və balıq yağı qəbul edin. Bu, infarkt və insult riskini aşağı salır. Qanda trombositlərin indeksini izləyin, qanın qatılaşmasına icazə verməyin.
8. Səhər yeməyi
Mütləq səhər yeməyi yeyin.
9. Gigiyena
Yataq dəstlərini tez-tez dəyişin.
10. Rahatlıq
Yalnız rahat ayaqqabı geyinin. Özünüzə rəva bildiyiniz ən yaxşı ayaqqabını alın.
11. Gəzinti
Hər gün 1-3 km piyada gəzin.
12. Smuzi
Yaşıl bitki, meyvə və tərəvəzlərdən hazırlanan smuzi için. Bu sizi vitaminlə təmin edəcək.
13. Rafinə edilmiş məhsullardan imtina edin
Yalnız təbii ərzaqlar yeyin. Orqanizmin ətə ehtiyacı var dedikdə kolbasa və sosis kimi məhsullar nəzərdə tutulmur. O cümlədən balıq da konservləşdirilmiş olmalı deyil. Hazır salatlar almayın. Daha az rafinə edilmiş məhsullar bədən üçün daha faydalıdır.
14. Qablaşdırılmış məhsullara yox deyin!
Hazır şirələr almayın.
15. Həyat eşqi
Pozitiv olun. Bu, həqiqətən də işə yarayır.
16. Günəşin ultrabənövşəyi şüalarından qorunun
Günəş yanıqlarından qorunun. Onların zərərləri yalnız görünəndən ibarət deyil.
17. Şüa
Rentgenlə şüalanmadan qaçın. Xüsusilə aeroportlarda.
18. İnam
Dua edin, hətta ofisdə.