Ağsuda ağac kəsən şəxs cəzalanıb

Ağsuda ağac kəsən şəxs barəsində sərt tədbir görülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) Milletinsesi.az-a verilən məlumata görə, Ağsu şəhərində ağacların kəsilməsi ilə bağlı Nazirliyə daxil olan şikayət ETSN-nin yerli ekologiya idarəsinin əməkdaşları tərəfindən araşdırılıb.

Araşdırma zamanı şəhərin Molla Vəli Vidadi küçəsində 6 söyüd ağacının icazəsiz kəsildiyi aşkar edilib. Ağacların Ağsu Yaşıllaşdırma və Abadlaşdırma MMC-nin rəisi Namiq Mürsəlovun göstərişi ilə kəsildiyi və təbiətə 1360 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Faktla bağlı akt tərtib edillib. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər qanunamüvafiq tədbirlərin görülməsi üçün Ağsu şəhər Prokurorluğuna göndərilib.

Share: