İyulun 8-də saat 15 radələrində Ağsu rayonunun dağlıq ərazisində, Gəgəli kənd bələdiyyəsinə məxsus 35 hektar kol-kosdan ibarət örüş sahəsi yanıb.
Fövqəladə Hallar Nazirliyinin Ağsu yanğından mühafizə hissəsindən Milletinsesi.az-a bildirib ki, yanğının söndürülməsinə 3 yanğınsöndürən maşın, habelə 64 nəfərdən ibarət canlı qüvvə cəlb olunub. İsti hava şəraiti və yanğınsöndürən maşınların hərəkəti üçün çətin olan dağlıq ərazilər alovun söndürülməsində xeyli problemlər yaradıb. Buna baxmayaraq, insanların səyi ilə saat 22:43-də yanğın tamamilə söndürülüb.
Hazırda yanğının başvermə səbəbləri araşdırılır.