AHİK-ə yeni mətbuat katibi təyin olundu

AHİK-ə yeni mətbuat katibi təyin olundu

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyinatı olub.

 

Modern.az xəbər verir ki, bu vəzifəyə Əməkdar jurnalist Rəşad Nəsirov təyin edilib.

 

1977-ci il təvəllüdlü R.Nəsirov uzun illər müxtəlif televiziyalarda çalışıb. O, 2015-2020-ci illərdə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini vəzifəsində işləyib.

 

Xatırladaq ki, daha əvvəl AHİK-in Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Akif Təvəkküloğlu (Nəsirli) olub.

 

Mənbə

Share: