“Aİ dekabrda Ukraynanın birliyə daxil olması ilə bağlı danışıqlara başlayacaq”

“Aİ dekabrda Ukraynanın birliyə daxil olması ilə bağlı danışıqlara başlayacaq”

 

“Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı formal danışıqlara başlamaq haqqında istənilən qərarın siyasi və hüquqi əhəmiyyəti olacaq…”

 

“Ukrayna Avropa Komissiyasının irəli sürdüyü şərtlərin icrasında xeyli tərəqqi əldə edib…”

 

Avropa İttifaqı, ehtimal ki, bu ilin dekabrından gec olmayaraq Ukraynanın Avropa İttifaqına daxil olması barədə danışıqların başlandığını elan edəcək.

 

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın “Politico” nəşri diplomatik dairələrdəki üç mənbəyə istinadən məlumat verib.

 

Onların məlumatına görə, noyabr ayında Avropa Komissiyası Ukrayna və Avropa İttifaqına daxil olmağa digər iddiaçıların müvafiq şərtlərin nə dərəcədə yaxşı icra etdiyini açıqlayacaq. Namizəd-dövlətin əldə etdiyi uğurlar barədə hesabat təsdiq ediləndən sonra Komissiya bəyanatla çıxış edəcək.

 

“Bu bəyanat ayrı-ayrı üzv-dövlətlərin Ukrayna ilə bağlı danışıqlara başlamaq təklifi ilə razılaşmamaq imkanını xeyli çətinləşdirəcək. Bu günə olan işçi versiya belədir: Avropa Şurası dekabradək Ukrayna ilə danışıqlara başlamaq qərarı verəcək”.

 

Bunu Avropa İttifaqı diplomatlarından biri izah edib və əlavə edib ki, Ukraynanın Aİ-yə daxil olması ilə bağlı formal danışıqlara başlamaq haqqında istənilən qərarın siyasi və hüquqi əhəmiyyəti olacaq.

 

“Politico” qeyd edir ki, Avropa İttifaqına daxil olması üçün Ukrayna Komissiyanın təqdim etdiyi yeddi şərti icra etməlidir. Onların arasında məhkəmə islahatının aprılması və korrupsiya ilə mübarizədə effektli tədbirlərin görülməsi şərtləri də var. 2023-cü ilin avqust ayına olan vəziyyətə və Ukayna hökumətinin məlumatına görə, yeddi şərtdən ikisi icra edilib.

 

Əgər Ukraynanın dekabradək yeddi şərtin hamısını icra etmək imkanı yoxdursa, o zaman Aİ ölkələrinin dövlət və hökumət rəhbərləri sammitə yığışacaq, yüksək səviyyədə sammit iştirakçıları hətta hüquqi cəhətdən danışıqların çərçivəsi sonadək müəyyən edilməsə belə, danışıqların başlanması barədə bəyanatla çıxış edəcək.

 

“Dekabrın məqsədi danışıqların başlanması ilə bağlı siyasi razılıqdır”, – bunu ikinci diplomat izah edib və əlavə edib ki, Ukraynanın danışıqlara buraxılması barədə hüquqi qərar 2024-cü ilin əvvəlində verilə bilər.

 

Üçüncü diplomat dəqiqləşdirib ki, dekabrda Aİ ölkə liderlərindən Ukraynanın gələcəkdə üzvlüyü ilə bağlı “pozitiv siqnal” gözlənilir.

 

Jurnalistin Ukraynanın yeddi şərtin icrasında nə qədər irəliyə getdiyi barədə sualına cavabında avropalı məmur deyib ki, mövcud olan tərəqqi ümid verir, yalnız azlıqlarla bağlı bir şərt, görünür ki, yaxın zamanlar üçün “problematikdir”.

 

Sentyabrın sonunda Zelenski Aİ-nin yeni səfiri Katerina Maternova ilə söhbətində bir ay ərzində Avropa Komissiyasının yeddi meyarı üzərində işi başa çatdıracağını vəd edib.

 

Maternova etiraf edib ki, bəzi meyarlar, məsələn, hakimlər idarəçiliyi, Ədalət Məhkəməsinin Ali Şurası və hakimlərin Ali ixtisas komissiyasının bərpası, media hüququ ilə bağlı meyarlar icra edilib.

 

“Həmçinin vurğulamalıyam ki, siz korrupsiyaya qarşı, habelə aktivlər üzrə bəyannamələrin bərpa edilməsi meyarları ilə bağlı mühüm tərəqqi əldə etmisiniz. Ona görə də hesab edirəm ki, xeyli tərəqqi əldə olunub”, – səfir deyib.

 

“Bununla yanaşı, pulların yuyulması ilə mübarizə nöqteyi-nəzərdən hələ də məsələ həll edilməmiş qalır, siyasi əhəmiyyətli şəxslər haqqında qanun yaxşı bəllidir”, – Maternova əlavə edib.

 

Bundan başqa, onun sözlərinə görə, hazırda Ukraynanın milli azlıqların müdafiəsi məsələsi üzrə addımlarının dəyərləndirməsi gedir.

 

Öz növbəsində ötən həftə Macarıstanın baş naziri Viktor Orban bəyan edib ki, Ukraynada indiki vəziyyət onun Aİ-yə daxil olmasının mümkünlüyü barədə danışıqların başlanmasını xeyli çətinləşdirir.

 

Orban xatırladıb ki, Ukraynanın Aİ-yə daxil olması üçün Avropa İttifaqının 27 ölkəsinin hakimyyətləri, o cümlədən Macarıstan parlamentinin razılığı tələb olunacaq. Bu zaman baş nazir dəqiqləşdirib ki, “parlamentin yaxın iki ildə Ukraynanın Aİ üzvlüyünün lehinə səs verəcəyi istəyini” müşahidə etmir.

 

“Biz beynəlxalq görüşlərdə hər hansı bir məsələdə Zakarpatye macarlarının hüquqlarına zəmanət verən qanunlar bərpa olunmayanadək Ukraynaya dəstək verməyəcəyik”, – Orban sentyabrın 25-də parlamentdə bəyan edib.

 

O zaman Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayyen Avropa Parlamentinə illik müraciətində bəyan edib ki, Ukraynanın gələcəyi Avropa İttifaqındadır. 

 

Hazırda Aİ-nin tərkibində 27 dövlət var, Ukrayna, Albaniya, Şimali Makedoniya, Çernoqoriya, Serbiya, Bosnyiya və Herseqovina, Moldova birliyə daxil olmağa iddialıdır.

Mənbə

Share: