Aİ missiyası normallaşmaya maneə yarada bilər

Avropa İttifaqı (Aİ) Şurasının Ermənistanda monitorinq missiyası yerləşdirməsi Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə maneə yarada bilər. 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında spiker Sahibə Qafarova bildirib.

“Avropadan Ermənistanın Azərbaycanda sərhədinə müşahidə missiyası adı ilə kənar qüvvələrin gətirilməsi problemli haldır. Həmçinin normallaşma prosesinə də maneə yaradır. Mən bununla bağlı Rusiyaya səfərim zamanı bir daha vurğuladım”.

Mənbə

Share: