Ukraynadakı münaqişə və bununla bağlı bütün məsələlər Avropa İttifaqının (Aİ) 27 ölkəsinin xarici işlər nazirlərinin 2025-ci ildə Brüsseldə keçiriləcək ilk görüşündə diqqət mərkəzində olacaq.
Millətin Səsi.az xəbər verir ki, bir gün əvvəl Brüsseldə jurnalistlərə verdiyi məlumata görə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Kiyevə hərbi yardımın artırılmasında israrlı olacaq.
Ukrayna ilə bağlı müzakirələr çərçivəsində XİN rəhbərləri Rusiyanın dondurulmuş aktivlərindən istifadə və Rusiyaya qarşı 16-cı sanksiyalar paketini müzakirə edəcəklər.Xarici işlər nazirlərinin görüşünün digər əsas mövzusu Prezident Donald Tramp dövründə Aİ-ABŞ münasibətləri olacaq. Nəhayət, görüşün üçüncü mövzusu Yaxın Şərqdəki vəziyyət, xüsusilə Qəzza və Suriya ilə bağlı olacaq. Aİ sözçüsü bildirib ki, nazirlər Dəməşqə qarşı sanksiyaların mərhələli şəkildə ləğvini müzakirə edəcəklər.
Apa.az