Aİ “xarici agentlər” haqqında qanun hazırlayır

Aİ “xarici agentlər” haqqında qanun hazırlayır

Avropa İttifaqı (Aİ) qeyri-hökumət təşkilatlarını (QHT), konsaltinq və akademik institutları maliyyə mənbələrini açıqlama məcbur edəcək qanun layihsi üzərində işləyir.

 

Modern.az xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.

 

Bildirilir ki, yeni qanuna əsasən, QHT-lər təşkilatın hüdudlarından kənardan alınan maliyyələri açıqlamalı olacaq.

 

Nəşrin məlumatına görə, xarici agentlər haqqında Avropa qanunu ABŞ və Avstraliyadakı analoji qanunlara oxşar olacaq. Sənəd kommersiya və qeyri-kommersiya təşkilatlarına təsir edəcək, fiziki şəxslərə aid edilməyəcək.

 

Qeyd olunur ki, sənəd üzərində iş mayın sonuna qədər başa çatacaq. 

Mənbə

Share: