“Ailəmizdə elə problemlər var ki, gizli saxlayırıq” – Xalq artisti

“Ailəmizdə elə problemlər var ki, gizli saxlayırıq” – Xalq artisti

“Sənət adamı olanda nə olar ki? Biz də xəstələnirik, elə problemlər yaranır ki…”.

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Mələkxanım Əyyubova “Bizimləsən” proqramında deyib. Xanəndə bildirib ki, ailəsində yaşanan problemləri ictimailəşdirməyi sevmir:

“Onları efirə, mətbuata çıxartmır, gizli saxlayırıq. Elə ağır xəstəliklər var ki, bizim də ailəmiz bundan yan keçmir.

İndi koronavirus yayılıb. Onunla bağlı gigyenik qaydalara indi yox, hər zaman riayət etməliyik. Mən hər zaman məclislərə öz mikrofonumla getmişəm.

Bu ərəfədə mən də yardımlar etdim. Bunları deməyi sevmirəm. Demirəm ki, kiminsə problemini kökündən həll edirəm, yox… Sadəcə, kiçik köməyim dəyib”.

Share: