Akar NATO toplantısına getmədi – Türkiyəni bu şəxs təmsil edəcək

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Brüsseldə keçirilən NATO müdafiə nazirlərinin görüşünə iştirak etməyəcək.

 

Modern.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

 

Məlumatda bildirilir ki, zəlzələ bölgəsindəki işinə görə Akar Brüsselə getməyib.

 

Türkiyəni iclasda ölkənin NATO yanında daimi nümayəndəsi Levent Gümrükçü təmsil edəcək.

 

Akif İsmayılov

Mənbə

Share: