Türkiyə ordusunun İraqın şimalında terrorçulara qarşı apardığı “Pəncə-Qıfıl” əməliyyatı planlaşdırıldığı şəkildə uğurla davam edir.
Axar.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hullusi Akar deyib.
“Əməliyyat başlayandan bu günə kimi 73 terrorçu məhv edilib. Terrorçulara məxsus 102 mağara və sığınacaq dağıdılıb, 524 əl istehsalı partlayıcı məhv edilib. Əməliyyatlar zamanı Türkiyə ordusunun 10 hərbçisi isə şəhid olub. Terrorçularda ciddi qorxu, təşviş və panika var. Son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmiz qətiyyətlə davam edəcək”, – nazir bildirib.