Akif Nağının namizədliyi TƏSDİQ olundu

Akif Nağının namizədliyi təsdiq olunub.

Milletinsesi.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Azad Vətən Partiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Azad Vətən Partiyasının sədri Akif Nağının 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən 01 sentyabr 2024-cü il növbədənkənar parlament seçkilərinə namizədliyi təsdiq olunub, namizəd vəsiqəsi təqdim edilib.

A. Nağı dairə seçki komissiyasına operativ və obyektiv işinə görə təşəkkürünü bildirib, seçki komandası ilə yola davam edəcəklərini, uğur qazanacaqlarını qeyd edib.

Xalidə Gəray

Share: