
Türkiyənin İYİ partiyasının sədri Meral Akşener müxalifətin formalaşdırdığı “Altılı masa”nın martın 6-da keçiriləcək iclasında iştirak etməyəcək.
Modern.az xəbər verir ki, bu barədə DHA agentliyi partiya rəsmisi Müsavat Dərvişoğluna istinadən məlumat yayıb.
O, Akşeneri iclasda iştirak etməyəcəyini bildirib.
Qeyd edək ki, martın 6-da Türkiyə müxalifətinin namizədi açıqlayacağı gözlənilir.
Qeyd edək ki, “Altılı masa” adlandırılan siyasi blok vahid namizəd mövzusunda razılıq əldə edə bilməyib və İYİ partiya blokdan çıxdığını açıqlayıb. Partiya lideri Meral Akşener CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyinə razı olmayıb. O, İstanbul və Ankara şəhərindən birinin merinin namizədliyini irəli sürüb.
Bu gün Səadət Partiyanın sədri Temel Karamollaoğlunun ev sahibliyi etdiyi görüşə CHP lideri Kamal Kılıçdaroğlu, DEVA partiyasının sədri Ali Babacan, Gələcək partiyasının lideri Ahmet Davutoğlu, Demokrat Partiyasının lideri Gültekin Uysal qatılıblar.