
Türkiyənin İYİ partiyasının sədri Meral Akşener prezident və parlament seçkilərində səs verib.
Modern.az xəbər verir ki, bu barədə “CNN türk” məlumat yayıb.
Müxalif partiya sədri İstanbulda səs verib.
Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatacaq.


