Aktrisa 130 min təzminat aldı

Türkiyəli aktrisa Ceyda Düvenci 9 il öncə reklam firmalarının biri ilə məhkəməlik olmuşdu. Axşam.az xəbər verir ki, adını və şəklini icazəsiz istifadə edən firmadan 100 min lirə (təxminən 28 min manat) cərimə pulu alan aktrisa daha sonra maddi və mənəvi haqqları üçün də məhkəməyə müraciət edib.

Firma aktrisaya 25 min lirə (7 min manat) maddi, 5 min lirə (1400 manat) mənəvi ziyana görə təzminat ödəyib.

Share: