Bir müddət əvvəl virusa yoluxduğu üçün xəstəxanaya yerləşdirilən aktyor Toyqun Ateşin səhhəti təhlükəli hal almağa başlayıb.
Milletinsesi.az türk mətbuatına istinadən xəbər verir ki, film çəkilişi zamanı Malatyada Covid-19 olan Toyqunun mutasiyaya uğrayan virusa yoluxduğu bildirilib.
Verilən son məlumatlara əsasən sənətçinin vəziyyəti günbəgün pisləşir. Ateşin həyat yoldaşı Viktoria Kırgız onun səhhəti ilə bağlı açıqlama verib:
“Analizlər nəticəsində mutasiyaya uğrayan koronovirus aşkar edildi. Böyrəkləri artıq sıradan çıxıb. Buna görə də süni tənəffüs aparatına qoşulub”.