Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş səfiri Məhərrəm Əliyevin etimadnaməsini qəbul edib.
“Biz Azərbaycanla strateji tərəfdaşlığımızı çox yüksək qiymətləndiririk”, – Aleksandr Lukaşenko görüş zamanı vurğulayıb.
O, həmçinin maraq doğuran sahələrdə məsələlərin həlli üçün iki ölkə liderləri arasında razılaşmalardan daha fəal istifadə etməyi təklif edib.
Mənbə: BELTA