Zindanda həyatını itirən rusiyalı müxalifətçi Aleksey Navalnının ölümü ilə bağlı Kremldən ilk açıqlama gəlib.
Rusiya prezidentinin Mətbuat Xidmətinin rəhbəri Dmitri Peskov söyləyib ki, ölüm hadisəsi ilə bağlı hazırda Rusiya Federal Penitensiar Xidməti müvafiq prosedurları həyata keçirir.
“Bunun üçün xüsusi göstərişə ehtiyac yoxdur. Navalnının ölümünün səbəblərini həkimlər araşdırmalıdırlar”, – deyə Vladimir Putinin mətbuat katibi vurğulayıb.
O əlavə edib ki, hadisə barədə ölkə başçısına məruzə edilib.
Rusiya hakimiyyətinə yaxın mətbuat isə A.Navalnının qan laxtalanmasından (tromb) həyatını itirdiyini yazır.
15:31
Rusiyalı müxalifətçi, Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında vəfat edib.
Moderator.az xəbər verir ki, siyasətçi Yamalo-Nenetsk muxtar dairəsinin 3 nömrəli koloniyasında dünyasını dəyişib. Siyasətçinin mətbuat katibi Kira Yarmış detallar haqda məlumat verib. Onun 47 yaşı var idi.
Hazırda onun ölüm səbəbləri araşdırılır.