Ali məktəblərə və kolleclərə ərizə qəbulu başlayır

Dövlət İmtahan Mərkəzinin (DİM) əvvəlcədən elan etdiyi kimi, bu gündən – 16 martdan 2020/2021-ci tədris ili üçünali məktəblərə və 11 illik təhsil bazasından kolleclərə ərizə qəbulu başlamalıdır.

Milletinsesi.az xəbər verir ki, DİM-in bir müddət öncə yaydığı məlumata görə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün (I – V qruplar) ərizə qəbulu 2020-ci il martın 16-dan aprelin 14-dək internet vasitəsiləaparılacaq.

11 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu martın 16-dan aprelin 14-dək aparılacaq.

Qaydalara görə, abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər.

Ali təhsilin bakalavriat səviyyəsinə tələbə qəbulu
Ərizə qəbulu (I – V qruplar) 16 mart – 14 aprel
Əvvəlki illərin məzunları üçün qəbul imtahanı – I-IV ixtisas qrupları üzrə I mərhələ və V qrup üzrə 26 aprel
Qəbul imtahanında buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə imtahan vermək istəyən cari ilin məzunları üçünəlavə imtahan 26 aprel
Qəbul imtahanını buraxılış imtahanını verdiyi dildən fərqlidildə vermək istəyən cari ilin məzunları üçün əlavə imtahan (Azərbaycan və ya rus dili üzrə) 26 aprel
QƏBUL İMTAHANI – I və IV ixtisas qrupları üzrə (yaz imtahanı) 11 may
QƏBUL İMTAHANI – II və III ixtisas qrupları üzrə (yaz imtahanı) 17 may
Ərizələrində yaz imtahanında iştirak etmək istədiklərini qeyd edən abituriyentlərin yay imtahanında da iştirak etmək üçünqeydiyyatı 29 may – 12 iyun
QƏBUL İMTAHANI – I və IV ixtisas qrupları üzrə (yay imtahanı) 28 iyun
QƏBUL İMTAHANI – II və III ixtisas qrupları üzrə (yay imtahanı) 10 iyul
Xüsusi qabiliyyət imtahanı tələb edən ixtisasları seçmək istəyən abituriyentlərin qeydiyyatı V qrup üzrə 14- 27 iyun

I qrup üzrə 13 – 16 iyul

Xüsusi qabiliyyət tələb edən ixtisasları seçmək istəyən abituriyentlərin qabiliyyət imtahanı V qrup üzrə

1 iyul – 5 avqust

I qrup üzrə 21 – 24 iyul

Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixtisasını seçmək istəyən abituriyentlərin qeydiyyatı 22 – 26 iyul
Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixtisasını seçmək istəyən abituriyentlərin qabiliyyət imtahanı 27- 30 iyul
“Jurnalistika” ixtisasını seçmək istəyən abituriyentlərin qeydiyyatı 22 – 26 iyul
“Jurnalistika” ixtisasına seçmək istəyən abituriyentlərin qabiliyyət imtahanı 2 avqust
İxtisas seçimi (V qrup üzrə- müvafiq komissiya üzrə qabiliyyət imtahanları başa çatdıqdan sonra) 24 iyul – 7 avqust
Abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 14 – 26 avqust
Boş qalan yerlərə ixtisas seçimi 14 – 18 avqust
Boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 21 avqust – 2 sentyabr
Orta ixtisas təhsili müəssisələrinə tam (11 illik) orta təhsil bazasında tələbə qəbulu
Ərizə qəbulu 16 mart – 14 aprel
QƏBUL İMTAHANI (əvvəlki illərin məzunları üçün) 26 aprel
Qəbul imtahanında buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə imtahan vermək istəyən cari ilin məzunları üçün

əlavə imtahan

26 aprel
Qəbul imtahanını buraxılış imtahanını verdiyi dildən fərqlidildə vermək istəyən cari ilin məzunları üçün əlavə imtahan (Azərbaycan və ya rus dili üzrə) 26 aprel
Xüsusi qabiliyyət imtahanı tələb edən ixtisasları seçmək istəyən abituriyentlərin qeydiyyatı 14- 27 iyun
Xüsusi qabiliyyət imtahanı tələb edən ixtisasları seçməkistəyən abituriyentlərin qabiliyyət imtahanı 15- 25 iyul
İxtisas seçimi 14 – 18 avqust
Abituriyentlərin qəbul olduqları təhsil müəssisələrindəqeydiyyatı 21 – 31 avqust
Boş qalan yerlərə ixtisas seçimi 3 – 6 sentyabr
Boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları

təhsil müəssisələrində qeydiyyatı

8 – 14 sentyabr
Orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu
Ərizə qəbulu 21 fevral – 11 mart
QƏBUL İMTAHANI I mərhələ (əvvəlki illərin məzunları üçün) 29 mart
Qəbul imtahanında buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə imtahan vermək istəyən cari ilin məzunları üçünəlavə imtahan (I mərhələ) 29 mart
Qəbul imtahanını buraxılış imtahanını verdiyi dildən fərqlidildə vermək istəyən cari ilin məzunları üçün əlavə imtahan (Azərbaycan və ya rus dili üzrə) (I mərhələ) 29 mart
QƏBUL İMTAHANI II mərhələ (əvvəlki illərin məzunları) 5 iyul
Qəbul imtahanında buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə imtahan vermək istəyən cari ilin məzunları üçünəlavə imtahan (II mərhələ) 5 iyul
Qəbul imtahanını buraxılış imtahanını verdiyi dildən fərqlidildə vermək istəyən cari ilin məzunları üçün əlavə imtahan (Azərbaycan və ya rus dili üzrə) (II mərhələ) 5 iyul
Xüsusi qabiliyyət imtahanı tələb edən ixtisasları seçmək istəyən abituriyentlərin qeydiyyatı 9 – 16 iyul
Xüsusi qabiliyyət imtahanı tələb edən ixtisasları seçməkistəyən abituriyentlərin qabiliyyət imtahanı 18- 22 iyul
İxtisas seçimi 24 iyul – 5 avqust
Abituriyentlərin qəbul olduqları təhsil müəssisələrindəqeydiyyatı 10 – 21 avqust
Boş qalan yerlərə ixtisas seçimi 27 avqust – 2 sentyabr
Boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 4 – 11 sentyabr
Ümumi (9 illik) orta təhsil bazasında II mərhələ, 3-cü istiqamət (Naftalan, Goranboy, Daşkəsən ,Mingəçevir, Şəmkir,Gədəbəy Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Astara, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı, Bakı ş. üzrə xüsusi məktəblər) 21 iyun
Ümumi (9 illik) orta bazasında II mərhələ (eksternat qaydasında imtahan verənlər üçün) 5 iyul
Tam (11 illik) orta təhsil bazasında, 1-ci istiqamət (Bakı, Naxçıvan MR, Şirvan) 5 aprel
Tam (11 illik) orta təhsil bazasında, 2-ci istiqamət (Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Ağstafa, Qazax, Tovuz, Samux, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Lerik, Biləsuvar, Ağsu,Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran) 12 aprel
Tam (11 illik orta) təhsil bazasında, 3-cü istiqamət (Naftalan, Goranboy, Daşkəsən ,Mingəçevir, Şəmkir, Gədəbəy Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Astara, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd,Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı, Bakı ş. üzrə xüsusi məktəblər) 19 aprel
Tam (11 illik) orta təhsil bazasında (eksternat qaydasında imtahan verənlər üçün) 26 aprel
Tam (11 illik) orta təhsil bazasında tədrisi Azərbaycan dilindən fərqli olan bölmələrin şagirdləri üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanı 3 may
Payız imtahanı (eksternat qaydasında imtahan verənlər üçün) 6 sentyabr
Share: