Alim Qara dənizin məhv olması ilə bağlı xəbərdarlıq edib

Türkiyəli alim, geoloq Osman Bektaş Qara dəniz yaxınlığında yaşayan hər kəsi gözləyən təhlükədən danışıb.

Bektaş hesab edir ki, dənizin məhv olmasının qarşısını almaq və ya geri qaytarmaq mümkün deyil. O qeyd edib ki, qlobal istiləşmə onun strukturuna təsir edir.

Onun sözlərinə görə, Qara dəniz üç qatdan ibarətdir. Onun dibində zəhərli qazlar yatır, ortada temperaturun səkkiz dərəcədən yüksək olmayan ara təbəqəsi var. Məhz o, kondisioner rolunu oynayır və yuxarıda oksigenlə zəngin, balıq və digər dəniz canlıları yaşayır.

Bektaş qlobal istiləşmə səbəbiylə orta “qoruyucu” təbəqənin incəlməyə başladığını açıqlayıb.

“Zəhərli qazlarla zəngin olan alt təbəqə gələcəkdə üst təbəqə ilə qarışacaq və dənizə yaxın yaşayanları təhdid edəcək. Artıq bunu düzəltmək mümkün deyil”.

Mənbə

Share: