Alimlər qida davranışı pozuntusu ilə kişilərin pornoya aludə olması arasında əlaqəni müəyyən edib

Alimlər qida davranışı pozuntusu ilə kişilərin pornoya aludə olması arasında əlaqəni müəyyən edib

“Həm pornoqrafiyaya baxış, həm də qida qəbulunun pozulması emosional ağrının qarşısının alınması üçün sanki qoruyucu mexanizmdir…”

 

İsrailin Xayfa Universitetinin alimləri kişilərdə pornoqrafiyaya aludəçiliklə qida davranışının pozulmasının əlamətləri arasında asılılığı aşkar edib.

 

Moderator.az xəbər verir ki, bu barədə “Body İmage” elmi jurnalı yazıb. Məlumatı “naked-science.ru” nəşri yayıb.

 

Qida davranışının pozulması bir sıra ağır psixi xəstəliklərdir, bu zaman yüksək ölüm halları və şəxsi, ailə və sosial həyatda ciddi problemlər üzə çıxır. 

Ənənəvi olaraq sağlamlıqla bağlı belə problemlər qadınlara aid edilib, lakin son onillikdə belə halların xeyli hissəsi kişilərin payına düşür, məqalədə deyilir.

Qida davranışının pozulması ilə pornoya aludəçilik arasında əlaqəni təsdiq etmək üçün mütəxəssislər təcrübə aparıb, burada 705 israilli kişi iştirak edib, onlardan 479 nəfər özünü heteroseksual, 226 nəfəri seksual azlıqların nümayəndələri adlandırıb. Əksəriyyəti (90, 6 %) yəhudi olub, orta yaş 32, 5  təşkil edib.

Könüllülər pornoya nəzarətsiz baxışa meylliliklə bağlı, habelə həyəcan və depressiya, öz bədəninin qavranılması və  həddən artıq çox yemək kimi qida pozuntularının təzahürləri ilə bağlı sorğulardan keçib.

Nəticələr göstərib ki, seksual oriyentasiyadan asılı olmayaraq pornofilmlərə və ya pornofotoşəkillərə meylli olan iştirakçılar öz bədənlərini ekranda gördükləri ilə müqayisə edib, onun haqqında neqativ təsəvvürləri olub, həddən artıq çox yeyib, işlədicilər qəbul edib və özlərində süni qusma yaradıblar.

“Həm pornoqrafiyaya baxış, həm də qida qəbulunun pozulması emosional ağrının qarşısının alınması üçün sanki qoruyucu mexanizm olan davranışdır. Hər ikisi  utanc hissi, stiqmalar və sirliliyin müəyyən səviyyəsini nəzərdə tutur. Hər ikisi üçün vəsvəsə, rituallıq, lakin ilk növbədə özünü aşağı dəyərləndirmə, öz bədənindən narazılıq səciyyəvidir”, – tədqiqat müəllifləti izah edib.

Alimlər kişilərlə işləyən həkimlərə tədqiqatın nəticələrinə əsasən tövsiyyələr verib: pasiyentlərdə pornoqrafiyaya nəzarətsiz baxışa meylliliyin olması və öz bədənlərini  dəyərləndirilməsini qiymətləndirmək gərəkdir ki, qida davranışı əlamətlərinin inkişaf riskini aşağı salmaq mümkün olsun.

Mənbə

Share: